Ana 10 aylıq körpə qızını boğub öldürdü


Kriminal 19 Sen 2019 11:26:00 327 0

Ana 10 aylıq körpə qızını boğub öldürdü

Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası oktyabr ayının 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Qərvənd kəndində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı Ramil Ramiz oğlu İsmayılovla dalaşıb, bundan sonra 10 aylıq yeganə qız övladını boğaraq qətlə yetirib.