Azərbaycan millisinin heyətində dəyişiklik edilib


Digərləri 19 Sen 2019 11:29:08 205 0

Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Bakı. Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Trend-in məlumatına görə, Nihad İsmayılov zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində EKOL-dan Faiq Əliyev hazırlıq prosesinə dəvət olunub. Qeyd edək ki, milli komanda sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq Caspian Cup turnirində iştirak edəcək.