"Anglo Asian Mining" səhmlərin Azərbaycana satışını düşünür


Digərləri 19 Sen 2019 10:28:00 180 0

"Anglo Asian Mining" səhmlərin Azərbaycana satışını düşünür

Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı “Anglo Asian Mining”in (AAM) törəmə şirkəti “R.V.Investment Group Services” şirkətin səhmlərinin mümkün satışı ilə bağlı Azərbaycan hökuməti və digər tərəflərlə ilkin danışıqlar aparıb

Bakı. Kəmalə Məmmədli - Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı "Anglo Asian Mining"in (AAM) törəmə şirkəti "R.V.Investment Group Services" şirkətin səhmlərinin mümkün satışı ilə bağlı Azərbaycan hökuməti və digər tərəflərlə ilkin danışıqlar aparıb. Trend bu barədə AAM-ə istinadən məlumat verir. Şirkətdən bildiriblər ki, danışıqlar ilkin xarakter daşıyır və əməliyyatın hər hansı bir razılaşdırılmış şərti yoxdur. Məlumatda o da qeyd olunur ki, şirkət müntəzəm olaraq öz fəaliyyətinin inkişafı məsələləri ilə bağlı digər tərəflərlə müzakirələr aparır.