Deputatın avtomobili yaxınlığında partlayış olub:


Dünya 19 Sen 2019 09:42:00 200 0

Deputatın avtomobili yaxınlığında partlayış olub:

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış yerli deputat Əbdüqadir Arabounun avtomobili yaxınlığında olub.

Məlumata əsasən, partlayış nəticəsində deputatın sürücüsü və mühafizəçisi həlak olublar.

Qeyd edilir ki, Ə.Arabou partlayış nəticəsində xəsarət almayıb.