Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb (FOTO)


Digərləri 19 Sen 2019 09:49:09 205 0

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günü start götürüb.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günü start götürüb. Trend-in məlumatına görə, bu gün fərdi proqramda gürzlər və lentlə hərəkətlərdə təsnifat və final yarışları keçiriləcək. Azərbaycanı yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan təmsil edəcək və gürzlərlə hərəkətlərdə çıxış edəcəklər. 19 sentyabrın təqvimi 09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent 16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər 20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent 20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent