Neftçalada 4 otaqlı ev yanıb


Digərləri 19 Sen 2019 04:15:00 184 0

Neftçalada 4 otaqlı ev yanıb

Neftçalada yanğın qeydə alınıb

Bakı. Neftçalada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala rayonunda ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.