Tramp FES-i tənqid edib


Digərləri 19 Sen 2019 03:50:00 204 0

Tramp FES-i tənqid edib

ABŞ prezidenti Donald Tramp ölkədə mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sistemini və onun sədri Cerom Pauelli tənqid edib

Bakı. ABŞ prezidenti Donald Tramp ölkədə mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sistemini və onun sədri Cerom Pauelli tənqid edib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb. D.Tramp bildirib: "Cey Pauell və FES yenidən uğursuzluğa uğradılar. "Cəsarət" çatmadı, heç bir mənası yoxdur, görüş yoxdur! Dəhşətli kommunikator!". Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) il ərzində ikinci dəfə faiz dərəcəsini aşağı salıb. Sentyabrın 17-18-də keçirilən iclasın nəticələrinə əsasən illik baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə salınıb.