Günün qoroskopu: Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun


Digərləri 19 Sen 2019 00:01:00 281 0

Günün qoroskopu: Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Günün ilk yarısından qətiyyətli və iradəli şəkildə çalışın. Hadisələrin dünənki məcrasının davam etdirilməsi fəaliyyətin ideal variantı ola bilər. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın.

Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni, genişmiqyaslı layihəyə başlamayın.

Buğa - Yaşam tərzi sizdən aktiv qərarlar və mütəhərrik olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın, öz stilinizə sadiq qalın. Əhval-ruhiyyənizi ən kiçik, xırda məsələlərə görə korlamayın. Bir qədər əvvəl yaşanmış proseslərin fəsadları hələ tükənməyib.

Günün ikinci yarısında izafiliyə varmayın. Duruma müdaxilədə diqqətli olun, konsepsiyasız qərarlar qəbul etməyin.

Axşam saatlarında ağır fiziki işdə çalışmayın.

Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Situasiya pozitivdir. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin.

Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Köhnəlmiş ştamplardan, uğursuz klişelərdən qurtulun. Yanlış psixoloji anlamlara aldanaraq səhv addımlar atmayın.

Axşam saatlarında orijinal ideya yarana bilər.

Xərçəng - Günün ilk yarısından etibarən tənbəllik etməyin. Analitika, mürəkkəb hesablamalar, sistemləşdirmə, fərdi nəzarət, məsuliyyətli sifarişin yerinə yetirilməsi üçün münasib zaman deyil.

Günün ikinci yarısında sizi effektiv fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. İntizamlı olun, qaydalar çərçivəsindən çıxmayın. Sağlam qida rasionunu seçin. Strateji məsələnin həllində təfərrüatlara fikir verin.

Axşam saatlarında bədxərclik etməyin. Səbəbsiz nikbinliyə qapılmayın.  

Şir - Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Amma bu, situasiyanı tam nəzarətdə saxlamaq istəklərinizə və cəhdlərinizə mane olmamalıdır. Situasiya ağırlaşır.

Günün ikinci yarısında əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Fəaliyyət sahənizdə qrafikin yenilənməsinə zərurət duyulur.

Axşam saatlarında yaşamınızda dəyişikliklər başlanacaq.

Qız - Yeni oriyentirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın.

Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın.

Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil.

Axşam saatlarında istirahət edin.

Tərəzi - Məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun.

Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız.

İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin.

(adsgarden = window.adsgarden || []).push({});