Audi RS7 Sportback Frankfurtda debüt edəcək FOTO


Digərləri 18 Sen 2019 23:30:00 401 0

Audi RS7 Sportback Frankfurtda debüt edəcək  FOTO

Audi şirkəti yaxın günlərdə Frankfurtda işinə başlayacaq avtosalonda A7 Sportback modelinin "bərkgedən" RS7 Sportback modifikasiyasını təqdim edəcəkdir. Bu barədə məlumat İnqolştadt markasının Frankfurtdakı ekspozisiyasının sxemində göstərilib.

Son.az autograph.az-a istinadən bildirir ki, alman markası Frankfurtda yenilənmiş A4 və Q7 modellərini, Q3 krossoverinin kupeşəkilli kuzova malik olan Q3 Sportback versiyasını və keçən ay debüt edən "bərkgedən" RS6 Avant universalını nümayiş etdirəcəkdir. Sxemdə Audi RS6 Avant modelinin qonşuluğunda Audi RS7 Sportback modelinin yerləşdiyi görünür.

BMW M8 Gran Coupe modelinin rəqibi olacaq RS7 Sportback liftbeki, RS6 Avant modelinin təchiz edildiyi 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən yumşaq hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Böyük ehtimalla, hər iki avtomobilin ön hissəsinin dizaynı oxşar olacaqdır.  

(adsgarden = window.adsgarden || []).push({});