Bugatti rekord hiperkarını konveyerə göndərib FOTO


Digərləri 18 Sen 2019 23:01:00 211 0

Bugatti rekord hiperkarını konveyerə göndərib  FOTO

Adətən avtomobil istehsalçıları əvvəlcə seriya avtomobilini inşa edirlər, sonra isə onun vasitəsi ilə sürət rekorduna imza atmağa çalışırlar. Bugatti şirkəti isə, tam bunun ıksini edib - ilk növbədə fransızlar öz hiperkarının 300 mil/saat həddini aşdığını sübut ediblər, sonra isə onu konveyerə yollayıblar.

Son.az autograph.az-a istinadən bildirir ki, Bugatti şirkəti Myülshamda keçirilən xüsusi tədbir çərçivəsində yeni hiperkarının adını və qiymətini elan edilb. Tədbirdə iştirak edən Bugatti şirkətinin rəhbəri Ştefan Vinkelmann rekord prototipinin üslubunda yaradılan hiperkarın 30 nüsxəlik tirajla buraxılacağını elan edib. Chiron Super Sport 300+ adlandırılmış hiperkarın qiyməti 3,5 milyon avro təşkil edəcəkdir. Yeri gəlmişkən, hiperkardan 29 ədəd qalıb. İlk avtomobilin sifarişçisi ilə müqavilə tədbir zamanı imzalanıb.

Seriya hiperkarı rekord avtomobilinin 1600 at qüvvəli 8,0-litrlik W16 mühərrikini, maqnuzium ərintisindən hazırlanmış disklərini və xüsusi olaraq maksimal sürətin əldə edilməsi üçün hesablanmış aerodinamikanı qoruyub-saxlayacaqdır. Məlum olduğu kimi, rekord hiperkarı uzadılmış arxa hissəyə, başqa səsboğucu sistemə, təkmilləşdirilmiş ön bamperə, iri diffuzora və mühərrik bölümünün modernləşdirilmiş soyutma sisteminə sahib olub. Bundan başqa, ilkin məlumatlara görə, hiperkarın standart təchizatına təhlükəsizlik karkası və yeganə sürücü oturacağı daxil edilmişdir. Sifarişçinin arzusu ilə, Bugatti karkası çıxararaq əlavə oturacağı quraşdıra bilər. Müştəri kuzovun rəng sxemini də seçə bilər.

Qeyd etmək lazımdır ki, Hennessey atelyesinin mütəxəssisləri fransız markası tətərfindən bəyan edilmiş xarakteristikalarından şübhələndiklərini bəyan ediblər. Onların fikrincə, bu rekordu qeydə almaq üçün bəyan edilmiş təkmilləşdirmələr kifayət deyil və avtomobilinin mühərrikinin gücü 2000 at qüvvəsi səviyyəsindədir.

(adsgarden = window.adsgarden || []).push({});