Mammoqrafiya nədir? – Hər qadına etmək olmaz –


Digərləri 18 Sen 2019 23:05:00 735 0

Mammoqrafiya nədir? – Hər qadına etmək olmaz –

Mammoqrafiya qadınlarda süd vəzilərinin daha aydın, detallı, belə deyək, KT müayinəyə bərabər müayinə metodur.

Onkoloji xəstəliklərə ciddi şübhə olduqda təyin olunur. Avropa və Amerikada 45 yaşından sonra hər bir qadını 2 ildən bir mammoqrafiya edirlər. Bu, süd vəzi xərçənginin skrininqi üçün vacibdir.

Ən kiçik, nəzərəçarpmayan düyünləri, törəmələri, süd vəzi toxumasının ən sıx formasında belə dəyişimləri çox aydın göstərir və həkimlər üçün yekun nəticə qərar verməyə kifayət edir.

Son.az medicina.az-a istinadən qeyri-invaziv müayinə metodu olan mammoqrafiyanın qaydalarını təqdim edir.

Kimlərə olunmalıdır:

-USM müayinədə mammoloq şübhəli törəmə görübsə -45 yaşdan sonra hər bir qadına -40 yaşdan yuxarı xroniki ginekoloji xəstəlikləri olanlara -Onkologiyadan müalicə olunanlara, kimyaterapiya və əməliyyat olunanlara

Müayinə aparatı rentgenə bənzəyir, ayrıca otaqda olur, həkim radioloqun birbaşa iştirakı ilə süd vəzilər bir-bir şüşə lövhənin üzərinə qoyulub üzərinə görüntü çəkən lövhənin qoyulması ilə aparılır.

Sonda xəstəyə rentgen kimi görüntü və ya disk verilir. Prosedur 15 dəqiqə çəkir. Nəticəyə yalnız mammoloq və onkoloq baxıb, rəy verməlidir.  Nəticə müsbət, mənfi, yalançı müsbət, yalançı mənfi ola bilər. Yenə də düzgün yozum mütəxəssisin peşəkarlığından asılıdır.

Nəticə müsbət olarsa, əlavə olaraq qan analizi, testlər, digər orqanların KT-si, USM, biopsiya təyin edilir.  

Müayinədən öncə nə etməli?

-Həmin gün süd vəzi, sinə, qoltuqaltına dezodorant, losyon, talk, krem çəkmək olmaz. Bunlar mammoqrafiyada ləkə kimi görünəcək. -Əgər müayinə zamanı süd vəzisi çox sıxılıb, ağrıyırsa, dözməyin, dərhal həkimə deyin. -Mammoqrafiya menstrual tsiklin 5-12-ci günlərində olunur, bu ərəfədə süd vəziləri daha yumşaq olur

(adsgarden = window.adsgarden || []).push({});