Qaraçuxaya inam İslam dinində varmı?


Digərləri 18 Sen 2019 23:10:00 1623 0

Qaraçuxaya inam İslam dinində varmı?

Xalq arasında belə bir inam var ki, guya hər kəsin qoruyucusu olan bir varlıq var. Buna "qaraçuxa" deyirlər. Guya qaraçuxa adama gələn xətəri ondan uzaqlaşdıra bilir. Hər kimin qaraçuxası oyaqdırsa, ona ziyan gəlməz. Amma kimin qaraçuxası yatsa, deməli, tale onda üz çevirib, onu qoruyan qüvvə yoxdur. Bu, ehtimal ki, kökü İslamdan əvvəllərə gedib-çıxan bir inamın qalığıdır. İslamda belə bir anlayış yoxdur. Qaraçuxaya inam İslama ziddir. Bəzi fırıldaqçı "mollalar" guya "qaraçuxanı oyatmaq", "qaraçuxanı qaldırmaq" üçün dualar yazırlar. Əslində isə bu, pul qazanmaq üçün edilən hoqqabazlıqdır.

(adsgarden = window.adsgarden || []).push({});