Azərbaycanda qızıl və gümüş bahalaşdı


Digərləri 18 Sen 2019 22:34:00 272 0

Azərbaycanda qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, sentyabrın 18-də qızılın qiyməti sentyabrın 17-i ilə müqayisədə 7,4545 manat artaraq 1 unsiya üçün 2554,1735 manat təşkil edib.

Gümüş 0,1523 manat bahalaşaraq 1 unsiya üçün 30,4854 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 5,5165 manat artaraq 1601,026 manat, palladiumun qiyməti 24,956 manat azalaraq 2709,596 manat təşkil edib.

Ad

18.09.2019

17.09.2019

Qızıl

XAU

2554,1735

2546,719

Gümüş

XAG

30,4854