Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü


Digərləri 18 Sen 2019 22:30:00 203 0

Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Lənkəran Boradigah yolunda baş verib. Astara rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Rauf İdris oğlu idarə etdiyi "Mercedes" markalı 07 BX 184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Lənkəran şəhər sakini 1952-ci il təvəllüdlü Babayev Şəmsəddin Riyahi oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Ş.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.