Həzrət Mühəmməd Peyğəmbərin (s) səhvi olubmu?


Digərləri 18 Sen 2019 22:15:00 280 0

Həzrət Mühəmməd Peyğəmbərin (s) səhvi olubmu?

Bu məsələyə məzhəblərin baxışı bir qədər fərqlidir. Şiə məzhəbinə görə, bütün peyğəmbərlər və imamlar mütləq mənada məsum olmuşlar. Yəni onlar hər cür günahdan, təqsirdən, səhvdən və unutqanlıqdan uzaq idilər.

Son.az islam.az-a istinadən bildirir ki, onlar eyib sayıla biləcək heç bir davranışa yol verməmişlər. Lakin əhli-sünnə məzhəbinə görə, peyğəmbərlərin peyğəmbər seçilməzdən əvvəl məsum olmaları vacib şərt deyil. Sünni məzhəbli müsəlmanların böyük əksəriyyətinin mənsub olduğu matüridiyyə əqidə məktəbinə görə, peyğəmbərlikdən əvvəl nadir hallarda günahın baş verməsi mümkün sayılır (Sabuni. Matüridiy­yə əqaidi, səh. 54). Həmçinin, peyğəmbərlik dövründə də unutqanlıq və bilməməzlik üzündən "zallə" adlanan kiçik xəta etmələri mümkündür. Allah-təala onların bu xətalarını dərhal düzəldib.

(adsgarden = window.adsgarden || []).push({});