Arpanın orqanizmə 10 faydası –


Digərləri 18 Sen 2019 22:05:00 388 0

Arpanın orqanizmə 10 faydası –

Arpa həqiqətən bir bədən təmizləyici qidadır. Bədənimizə yığılmış bütün tullantı maddələrinin təmizlənilməsində arpa əvəzsiz bir nemətdir.Bunun üçün xüsusi hazırlanmış resept var ki, etsəniz faydasını görəcəksiniz.

Son.az medicina.az-a istinadən resepti sizə təqdim edir:

2 xörək qaşığı arpa, 500 ml suda 10 dəq qaynadılır. 20 dəq. dəmlənilib süzülür. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Bu dəmləmə böyrəkləri həm iltihabdan, həm də duz və qumdan təmizləyir. Bunu böyrək ağrısından əziyyət çəkən hər bir insan cəmi 1 həftə içdikdən sonra hiss edəcəkdir.

Öd qumlarından əziyyət çəkənlər üçün

Arpa dəmləməsi öd durğunluğu və öd qumlarından əziyyət çəkənlər üçün də faydalıdır. Belə ki, bir müddət içidikdən sonra ağız acılığının getdiyini görəcəksiniz.

Arpa dəmləməsi yüksək xolesterini aşağı salır, qaraciyəri təmizləyir. Şəkər və oynaq ağrılarına faydaları Şəkər xəstələri arpa dəmləməsindən içsə, bu şəkərin qanda səviyyəsinin qalxmağının qarşısını alır. Oynaq ağrıları, əsasən də revmatoidli poliartrit xəstələri üçün arpa dəmləməsi içmək oynaq ağrılarını və şişkinlikləri azaldır.   Dəri xəstəliklərinə qarşı

1 stəkan təbii alma sirkəsinə axşamdan 1 xörək qaşığı arpa qarışdırın, səhər vam odda 10 dəqiqə qaynadın, soyuduqdan sonra süzün, dəmrov, ekzema və səpgilərə gündə 3 dəfə vurun. Bu resept əla effekt verir.

Gec sağalan ekzema və dəmrovlar üçün belə də edə bilərsiniz: 1 ovuc arpa ununa təbii alma sirkəsi əlavə edib yoğurulur, dəmrov və ekzemaların üstünə qoyub bağlayın, 2-4 saat saxlayıb yuyun.

Beyin inkişafı üçün olduqca faydalıdır

(adsgarden = window.adsgarden || []).push({});