Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir


Digərləri 18 Sen 2019 21:35:00 265 0

Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, gələn ildən ölkədə icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə başlanacağıdır. Bu sistemin hansı formada tətbiq olunacağı, kimlərə şamil olunacağı və digər ayrıntılar barədə daha əvvəl məlumat vermişik.

Bu dəfə isə başqa suallara cavab tapmağa çalışdıq. Belə ki, Azərbaycanın dövlət xəstəxanalarında ödənişsiz tibbi xidmət mövcud olduğu halda, icbari tibbi xidmətə nə ehtiyac var? Dövlət xəstəxanalarında icbari tibbi sığorta sisteminə keçid olsa, proses necə təşkil olunacaq?

Son.az xəbər verir ki, AYNA-nın bu yöndə sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, İTS-in tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək:   "Çünki indiki halda onlara əhaliyə göstərdiyi tibbi xidmətlərin müqabilində ödəniş etmək olmur. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin qanuna əsasən, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır".

(adsgarden = window.adsgarden || []).push({});