Dini kitablarda bəzən “çaharqül surələri” sözünə rast gəlinir. Bunlar hansı surələrdir?


Digərləri 18 Sen 2019 21:40:00 245 0

Dini kitablarda bəzən “çaharqül surələri” sözünə rast gəlinir. Bunlar hansı surələrdir?

Bu ifadə adətən fars dilli dini ədəbiyyatlarda və ya fars dilindən edilən tərcümələrdə işlədilir. "Çahar" farsa "dörd" deməkdir. "Qül" isə ərəb dilində "de, söylə" mənasını verir. Qurani-kərimin son cüzündə yer almış surələrdən dördü "qül" kəlməsi ilə başlayır: "Kafirun" (109-cu surə), "İxlas" (112-ci surə), "Fələq" (113-cü surə) və "Nas" (114-cü surə). Bu dörd surəni birlikdə "çahar-qül" və ya "dörd-qül" adlandırırlar. Adətən, gözdəymədən xilas olmaq, xəstəlikdən şəfa tapmaq, çətin işləri həll etmək üçün bu dörd surəni oxuyur və ya yazıb üstlərində gəzdirirlər.

(adsgarden = window.adsgarden || []).push({});