Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı


Kriminal 18 Sen 2019 20:41:00 291 0

Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

Bakıda qadın küçədə bıçaqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Cəlilabad rayonunda qeydiyyatda olan, Binqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, 1987-ci il təvəllüdlü Əmiraslanova Sevil Vidadi qızı küçədə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda qadının kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.