İslamda hansı hallarda ziyafət vermək məsləhət görülüb?


Digərləri 18 Sen 2019 21:20:00 268 0

İslamda hansı hallarda ziyafət vermək məsləhət görülüb?

Ümumiyyətlə, İslam dininə görə, evdə tez-tez qonaq qəbul etmək müsbət qarşılanır. Evə qonaq çağırmaq, qonağa yemək vermək müsəlmanın səxavətinin göstəricisidir. Hətta bəzi məsumlarımız üç gün qonaqsız qalanda bunu Allahın bir cəzası kimi qəbul edirdilər. Amma qonaq üçün dəbdəbəli süfrə açmaq tələb edilmir, o da ev sahibinin yediyi gündəlik yeməkdən yeməlidir. Ziyafət zamanı isə gələnlərin sayı çox olur və çox xərc çəkilir. Həm də bu zaman daha geniş çeşidli və daha üstün sayılan yeməklər bişirilir. Buna görə də ziyafətləri tez-tez təşkil etmək israfçılıq kimi dəyərləndirilir. Amma Həzrət Mühəmməd Peyğəmbər (s) beş məqamda ziyafət verməyin caiz olduğunu İmam Əliyə (ə) buyurmuşdu: evlənən zaman, təzə evə köçən zaman, övlad doğulan zaman, oğlan uşağını sünnət etdirən zaman və həcc ziyarətindən qayıdan zaman. Bu barədə mərhum Təbrisinin "Məkarimül-əxlaq" kitabında Peyğəmbərin (s) İmam Əliyə (ə) vəsiyyətləri bölümündə də məlumat verilib.

(adsgarden = window.adsgarden || []).push({});