Rusiyalı tamaşaçı: Görünür gimnastlar Bakıda çıxış etməyi xoşlayır


Digərləri 18 Sen 2019 20:23:58 268 0

Rusiyalı tamaşaçı: Görünür gimnastlar Bakıda çıxış etməyi xoşlayır

Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir.

Bakı. Cani Babayeva - Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir. Bunu Trend-ə bədii gimnastika üzrə dünya çempionatının tamaşaçısı, Krasnodardan (Rusiya) gəlmiş Darya Poçenkova deyib. "Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir, çox genişdir. Gimnastlar burada rahat çıxış edirlər. Görünür, bura onların xoşuna gəlir. Rusiya gimnastları müsahibələrində də məhz belə deyirlər". Rusiyalı tamaşaçının sözlərinə görə, Bakıda dünya çempionatının təşkili çox yüksək səviyyədədir: "Hər şey əladır, əgər hər hansı sualınız varsa, mehriban könüllülər daima kömək etməyə hazırdır".