Gel dırnaq boyaları xərçəng yaradır


Digərləri 18 Sen 2019 20:14:00 221 0

Gel dırnaq boyaları xərçəng yaradır

Son illərdə bütün dünyada olduğu kimi, ölkəmizdə də gel dırnaq boyalarına tələbat xeyli artıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, qalıcı olduğu üçün xanımların sevimlisinə çevrilən bu gellərlə bağlı həkimlər həyəcan təbili çalıb.

Onlar bildiriblər ki, dırnağa çəkilən boyanın quruması üçün istifadə edilən LED lampalar ultrabənövşəyi şüalar yayır. Bu da infeksiyadan tutmuş, dəri xərçənginədək bir çox xəstəliyə yol açır.

Xüsusilə də, ixtisaslaşmamış salonlarda, qeyri-peşəkar insanlar tərəfindən aparılan proseslər təhlükəni ikiqat artırır. Mütəxəssislər bu boya növlərindən imtina edə bilməyənlər üçün əlcəkdən və yüksək qoruyuculu günəş kremlərindən istifadə etməyi məsləhət görür.

(adsgarden = window.adsgarden || []).push({});