Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib


Digərləri 18 Sen 2019 20:19:00 312 0

Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər nəfərinə orta hesabla 3727,8 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.