Hindistanda ildırım 17 nəfəri öldürdü


Digərləri 18 Sen 2019 20:14:00 217 0

Hindistanda ildırım 17 nəfəri öldürdü

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub

Bakı. Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub. Trend-in məlumatına görə, ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb. Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.