Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı (FOTO)


Digərləri 18 Sen 2019 19:02:51 191 0

Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində hərrac keçirili

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində hərrac keçirilib. Trend-in məlumatına görə, xeyriyyə məqsədi daşıyan hərracda dəfələrlə dünya çempionu, 1996-cı il Yay Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşinaya məxsus gimnastika lenti satılıb. Lentin ilkin qiyməti 100 avro təyin olunsa da, rəqəm getdikcə artmağa başlayıb. Y.Batırşina özü 2200 avro təklif edərək lenti almaq istəsə də, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva 2 500 avro təklif edərək lenti əldə edib. M.Vasileva bu lenti komandaya uğur gətirməsi üçün aldığını deyib: