Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Səkinəxanım Rəhimova Fəxri Fərmanla təltif olunmuşdur


Digərləri 18 Sen 2019 18:42:00 277 0

Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Səkinəxanım Rəhimova Fəxri Fərmanla təltif olunmuşdur

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərə çarpacaq dərəcədə artmışdır.

Azərbaycanın rayon və şəhərlərində, o cümlədən, Lənkəran şəhərində Səhiyyə sahəsində bir çox uğurlar qazanmış insanlar olmuşdur. Bu yaxınlarda onlardan biri də Lənkəran Uşaq Poliknilikasının tibb bacısı və Lənkəran şəhər 8 saylı məktəbin tibbi sahə üzrə əməkdaşı Rəhimova Səkinəxanım Paşa qızına Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Ağabala Kəlbiyev tərəfindən Fəxri Fərman verilmişdir.

Bu əlamətdar hadisə Səkinəxanımın 65 illik yubileyinə təsadüf etmişdir.

Səkinəxanıma verilən Fəxri Fərman səhiyyə işçilərini də çox sevindirib. Bu, Dövlətimizin Səhiyyə müəssisəsinin zəhmətkeş insanlara verdiyi yüksək qiymətdir. Bu əlamətdar hadisəyə görə Səkinəxanım Rəhimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Kəlbiyev Ağabalaya və Lənkəran Uşaq Poliknilikasının müdiri-həkim Kərimov Nahidə öz dərin minnətdarlığını bildirir.