Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü


Digərləri 18 Sen 2019 18:44:00 237 0

Maşın qoşqu ilə toqquşdu, sürücü xəstəxanada öldü

Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 3 radələrində Masallı rayonunun Yeddioymaq kəndi ərazisində Mehdi Əhmədov idarə etdiyi "VAZ-21074" markalı avtomobili qarşıda gedən Lənkəran rayon sakini C.Fəttayevin idarə etdiyi "KamAZ" markalı avtomobilin qoşqusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əhmədov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.