Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü


Kriminal 18 Sen 2019 18:01:00 304 0

Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü

Bu gün Azərbaycan Milli Xalça Muzeyində "Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü" adlı tədbir keçirilib. Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbirdə Əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə edib. Əməkdar rəssam Taryel Bəşirov Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında onun texniki layihəsi və rəhbərliyi ilə toxunan "Üzeyir Hacıbəyli" xalçası barədə danışıb.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Xalça Muzeyinin "Uşaq muzeyi" şöbəsinin dərnək üzvləri və Xalq artisti Fidan Hacıyevanın vokal məktəbinin tələbələri çıxış ediblər. "Uşaq muzeyi" şöbəsinin dərnək üzvlərinin hazırladıqları kuklalardan ibarət səhnəcikdə vokal məktəbinin tələbələri Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasından kiçik hissə səsləndiriblər.

Sonda uşaqlara "Libraff" mağazalar şəbəkəsinin hədiyyələri təqdim olunub.

Tədbirdən sonra gənc tamaşaçılar dekorativ-tətbiqi sənət üzrə müxtəlif ustad dərslərə qatılıblar.