Ermənistanda polkovnik həbs olundu


Digərləri 18 Sen 2019 18:11:00 304 0

Ermənistanda polkovnik həbs olundu

Ermənistanda "Koş" cəzaçəkmə müəssisəsinin rəhbəri, ədliyyə polkovniki Lyova Bağdasaryan rüşvət aldığına görə saxlanılıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Ədliyyə Nazirliyi Cinayət icra idarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan təsdiqləyib.

Onun sözlərinə görə, həbsxana rəisi bu gün səhər saatlarında həbs olunub.

Cinayət işi Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.