Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA:


Digərləri 18 Sen 2019 18:14:00 241 0

Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA:

İslamda hicab qadınların ən əsas geyim tərzlərindən biri hesab olunur. Ancaq  hicab taxaraq, geyimininə fikir verməyənlər də az deyil. Ümumiyyətlə dində hicablı qadınların xüsusi bir geyimi olmalıdır, yoxsa kim necə istəyir geyinməlidir?

Son.az xəbər verir ki, məsələ ilə bağlı İçərişəhər  "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a bunları söyləyib:

"Ümumiyyətlə,  Allah qadınlar üçün "Qurani Kərim"də geyimlə, xüsusilə də hicabla bağlı bir ayədə buyurub ki, naməhrəm yerlərinizi örtün, üz və əllər istisna olmaqla. İnsan elə geyinməlidir ki, naməhrəmin diqqətini cəlb etməsin. İslam dinində qadınların xüsusi geyimləri barədə standart forma yoxdur. Din demir ki, bu geyimi mütləq geyinməlisən. Sadəcə din və iman əhli geyimlərinə xüsusi fikir verməlidir. Hicab xatirinə geyinməməlidilər. Ancaq elə hicablı qadınlar var ki, geyimlərləri ilə hicab üst-üstə düşmür. O qədər bərbad geyinirlər ki, dindən əsər-əlamət belə qalmır".

"Mənim şəxsi fikrimdir, niqabı şəxsən qəbul etmirəm", - deyə Hacı Surxay Məmmədli iradını da bildirib:

(adsgarden = window.adsgarden || []).push({});