"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb


Digərləri 18 Sen 2019 18:12:00 286 0

"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb

Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu üçün satışa çıxarılan biletlərin 90 faizdən artığı satılıb.

Bakı. Samir Əli - Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu üçün satışa çıxarılan biletlərin 90 faizdən artığı satılıb. Bu barədə Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib. Onun sözlərinə görə, hazırda satışda 1000-ə yaxın bilet qalıb: "30 mindən artıq bilet satılıb, satılmamış 800-1000 bilet qalıb. Həmin biletlər də yaxın vaxtlarda yəqin ki satılacaq. Bilet satışı davam edir".