“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb
Digərləri 18 Sen 2019 18:03:00 263 0
İyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış "Nizami" stansiyasının "LT-3" tipli 3 saylı eskalatoru istismara verilib.
Bu barədə Son.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Ötən müddət ərzində "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.
Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
Mənbə: milli.az