Ayı kənd sakininə hücum etdi


Digərləri 18 Sen 2019 18:05:00 286 0

Ayı kənd sakininə hücum etdi

Qubada ayı kənd sakininə hücum edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cimi kəndində qeydə alınıb.

Kənd sakini, 38 yaşlı Akif Nərimanov ayı hücumuna məruz qalıb.

O, müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, təxminən 3 gün öncə İsmayıllı rayonunda ayı kəndə hücum etmişdi. Kənd sakinini ölümcül hala salmışdı.