ÇL: 16 yaşlı futbolçu Barcelona-nın tarixinə düşdü


İdman 18 Sen 2019 17:53:00 572 0

ÇL: 16 yaşlı futbolçu Barcelona-nın tarixinə düşdü

İspaniyanın Barcelona futbol klubunun gənc futbolçusu Anssumane Fati komandanın tarixinə düşüb.

Goal.az xəbər verir ki, qvineyalı 16 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının qrup mərhələsində Borussia Dortmund ilə keçirilən oyunun start heyətində meydana çıxıb. Bununla da o, Kataloniya klubunun bu turnirdə meydana çıxan ən gənc futbolçusu olub.

Bundan əvvəlki rekord Boyan Krkiçə məxsus idi. O, 17 yaşında Barcelona-nın heyətində UEFA Çempionlar Liqasında debüt etmişdi.

A.Fati cari mövsümdə İspaniya çempionatında keçirdiyi üç oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.