“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb


Digərləri 18 Sen 2019 17:49:56 282 0

“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

İyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

Bakı. İyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Ötən müddət ərzində "Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib. Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.