"Cəmi bir qızıl medalınız qaldı" - Mariya Stadnik


İdman 18 Sen 2019 17:32:00 269 0

"Cəmi bir qızıl medalınız qaldı" - Mariya Stadnik

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik ikiqat dünya çempionluğunu əldə etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Həmin müsahibəni təqdim edirik:

- Sizə elə gəlmir ki, asan qələbə oldu? 

- Bu, sizə elə gəlir. Bu medaladək gəldiyimiz yolu bilmirsiniz. Bu medalı şəxsi məşqçim, dünyanın ən yaxşı məşqçisi Andrey Stadnikə həsr etmək istərdim. Bu medal onun xidmətinin nəticəsidir. Böyük təşəkkürlər!

- Yaponiyalı əsas rəqibiniz Yui Susakinin dünya çempionatında iştirak etməyəcəyini eşitdikdə, çempion olacağınızı düşünmədiniz? 

- Xeyr. Mənim üçün rəqibin fərqi yox idi. Bura qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri udmalısan. Bu halda güclülərin güclüsü olursan.

- Düşünmürsünüz ki, cəmi bir qızıl medalınız qaldı? 

- Bəli, elədir (gülür). Sonra isə istirahət etmək olar. Olimpiya qızılınadək isə çalışmaq, vuruşmaq lazımdır. Qızıl medal qazanmaq istəyirdim. Kiminlə qarşılaşmağımın və kimi udmağımın isə fərqi yox idi. ("Report")