Ölkədə Aralıq dənizi meyvə milçəyi ilə bağlı müşahidələrə başlandı


Digərləri 18 Sen 2019 16:44:00 247 0

Ölkədə Aralıq dənizi meyvə milçəyi ilə bağlı müşahidələrə başlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində Aralıq dənizi meyvə milçəyinin mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə müşahidələrə başlayıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, bu məqsədlə artqı müvafiq ərazilərdə feremon tutucu tələlər quraşdırılıb.

Qeyd edək ki, agentliyin mütəxəssisləri sözügedən zərərli orqanizmin aktiv fəaliyyət dövrünü nəzərə alaraq ölkə ərazisində yayılma arealını müəyyənləşdirmək məqsədi ilə aprel-iyun aylarında fitosanitar müşahidələr aparmışdı. Müşahidələr zamanı respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən-Aralıq dənizi meyvə milçəyi aşkar edilməmişdi.