Bako Saakyan dindirilməyə çağırıldı


Dünya 18 Sen 2019 17:29:00 175 0

Bako Saakyan dindirilməyə çağırıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulan qondarma rejimin rəhbəri Bako Saakyan 1 mart 2008-ci il hadisələrinə görə dindirilməyə çağırılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Bako Saakyana general-mayor Samvel Karapetyan məktub ünvanlayıb. 

Nəşrin yaydığı xəbərdə bildirilib ki, dindirilmə zamanı 1 mart hadisələrində Qarabağdan Yerevana göndərilən silahlar və buna görə ödənilən pullarla bağlı suallar veriləcək. 

Qeyd edək ki, 2008-ci il martın 1-də aksiyaların dağıdılması zamanı 10 nəfər ölüb, 230 nəfər xəsarət alıb.