Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb


Digərləri 18 Sen 2019 17:22:43 239 0

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib və nəqliyyat vasitəsinin yoxlanılması zamanı arxa oturacaqların altından 4000 ədəd "King" markalı siqaret aşkarlanıb.