Lənkəranda 2 maşın toqquşdu,


Digərləri 18 Sen 2019 16:20:00 228 0

Lənkəranda 2 maşın toqquşdu,

Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi "VAZ-2107" və Astara rayon sakini R.Əliyevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.