Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir RƏSMİ


Digərləri 18 Sen 2019 16:26:00 220 0

Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir  RƏSMİ

Bir gün ərzində Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarov deyib. 

Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzində müasir tibbi avadanlıqlar olsa da, onların saxlanılması üçün maliyyə vəsaiti azdır. 

"Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə beş il əvvəl becə idisə, indi də elə qalır. Ona görə də dövlət büdcəsindən ayrılan vəsaiti beş qat artırmaq lazımdır".