Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər


Dünya 18 Sen 2019 16:17:00 252 0

Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər

Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Madxya-Pradeş şatının Saqar şəhərində pasiyentin başından çıxmış buynuz kəsilib. "Şeytan buynuzu" adlandırılan bu törəmənin 10 santimetrdən böyük olduğu qeyd edilir.

Həmin şəxsin sözlərinə görə, öncə şiş o qədər də böyük olmayıb, daha sonra böyüyərək ona narahatlıq yaradıb. Ona görə də o, həkimə müraciət edərək "buynuz"dan xilas olmağa qərar verib.

Həkimlərin dediyinə görə, əməliyyat uğurlu keçib.

(adsgarden = window.adsgarden || []).push({});