Elis Manolova yarımfinalda məğlub oldu


İdman 18 Sen 2019 15:45:00 248 0

Elis Manolova yarımfinalda məğlub oldu

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Elis Manolova yarımfinal görüşünü keçirib.

Goal.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı rusiyalı İnna Trajukova ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə başa çatıb - 4:2.