Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə öldü FOTO


Dünya 18 Sen 2019 15:32:00 244 0

Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə öldü  FOTO

Fərqli ölkələrdə yaşayan iki bacı eyni gündə ölüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, əvvəlcə Almaniyada yaşayan Jacqueline Williams beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Onun Britaniyada yaşayan bacısı Amanda Williams isə ölüm xəbərini aldıqdan sonra Almaniyaya getməyə hazırlaşarkən küçədə keçinib.

Qızlarının ölüm xəbərini alan Jean Carvell şoka düşüb. Mətbuata açıqlama verən qadın özünü ağır çəkic zərbəsi almış taxta parçası kimi təsvir edib.

"Almaniyada yaşayan qızımın ağır vəziyyətdə xəstəxanada yatması barədə xəbəri eşidəndə çox qorxduq. Amanda bacısının yanına getmək istəyəndə özü ürək tutmasından öldü", - qadın söyləyib.