Lənkəranda 2 maşın toqquşdu, ölən var


Digərləri 18 Sen 2019 15:32:00 159 0

Lənkəranda 2 maşın toqquşdu, ölən var

Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi “VAZ-2107” və Astara rayon sakini R.Əliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində ölüb. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.