Futbol dünyasını yasa boğan xəbər - Riksen vəfat etdi


İdman 18 Sen 2019 15:24:00 261 0

Futbol dünyasını yasa boğan xəbər - Riksen vəfat etdi

Amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Riksen bu gün vəfat edib.

Goal.az xəbər verir ki, bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkən Fernando müstəqil şəkildə hərəkət edə və danışa bilmirdi. Riksenin "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək” açıqlaması onun evtanaziya ediləcəyi kimi qəbul olunsa da, sonradan bununla son canlı yayımı nəzərdə tutduğu bəlli olmuşdu.

 Xatırladaq ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen Fortuna Sittard, AZ Alkmaar, Glazgo Rangers və Zenit klublarında oynayıb.

fernando ricksen ile ilgili görsel sonucufernando ricksen ile ilgili görsel sonucu