İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib (ÖZƏL)


Digərləri 18 Sen 2019 15:24:00 197 0

İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib (ÖZƏL)

2019-cu ilin yanvar-avqust aylarında İstanbul və Ankaradan Azərbaycana ixrac 630,854 milyon dollar təşkil edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin yanvar-avqust aylarında İstanbul və Ankaradan Azərbaycana ixrac 630,854 milyon dollar təşkil edib. Bu barədə özəl olaraq Trend-ə Türkiyə İxracatçılar Birliyindən (TİM) bildiriblər. Həmin müddət ərzində Ankaradan Azərbaycana ixrac 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 16,91 faiz artaraq 88,849 milyon dollar təşkil edib. Eyni zamanda, İstanbuldan Azərbaycana ixrac 8,88 faiz artaraq 542,005 milyon dollara bərabər olub.