Dünya çempionatında daha dörd güləşçimizin rəqibi müəyyənləşib


Digərləri 18 Sen 2019 15:07:00 231 0

Dünya çempionatında daha dörd güləşçimizin rəqibi müəyyənləşib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub. Trend-in məlumatına görə, 6-cı yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində Ulukbek Zholdoşbekovla (Qırğızıstan) üz-üzə gələcək. 3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə eyni mərhələdə Rusiya təmsilçisi Hacımurad Raşidovla qarşılaşacaq. Qadın güləşçilər Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Krista İntsi ilə, İrina Netreba (68 kq) isə İvett Zi (Burkino-Faso) ilə güləşəcək.