19 yaşlı futbolçu Çempionlar Liqasında yeni rekorda imza atdı


İdman 18 Sen 2019 14:53:00 319 0

19 yaşlı futbolçu Çempionlar Liqasında yeni rekorda imza atdı

Futbol üzrə Çempionlar Liqasının 2019/20-ci illər mövsümünə start verilib.

Goal.az xəbər verir ki, ilk turun ən böyükhesablı qələbəsi "E" qrupunda qeydə alınıb. Öz meydanında Genk-i (Belçika) qəbul edən Red Bull Salzburg (Avstriya) rəqib qapısından 6 top keçirib. Qonaqlar bu qollardan yalnız ikisinin əvəzini çıxa biliblər.

Ev sahiblərinin qollarından üçünü norveçli Erlinq Holann vurub.

Artıq ikinci dəqiqədə 19 yaşlı hücumçu 13 metrdən hesabı açıb. Ardınca 34-cü dəqiqədə forvard qapıçı ilə təkbətək qalıb və eyni məsafədən qapıya dəqiq zərbə endirib. 45-ci dəqiqədə Holann topu bir toxunuşla sol cinahdan tora göndərib.

Bununla da o, Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Norveçliyə qədər heç kim ÇL matçının birinci yarısında üç qol vurmağı bacarmayıb. İndi Erlinq Çempionlar Liqası matçının ilk yarısında het-trik edən ən gənc futbolçudur (19 yaş, 58 gün). Rekordun əvvəlki müəllifi Andrey Şevçenko idi.

Üç ay əvvəl "Transfermarkt" norveçlini 5 milyon avro dəyərində qiymətləndirirdi. İndi onun qiyməti 12 milyon avrodur. Holann Red Bull Salzburg-un ən bahalı futbolçusudur

Erlinq Holann vaxtilə Lids və Manchester City-də oynamış Alf İnqe Holannın oğludur.

O, bu il Norveç komandasında da debüt edib (2 oyun, 0 qol). May ayında hücumçu Gənclərin Dünya Çempionatında (U-20) Hondurasa 9 qol vurub. (report)