İsrail gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb


Digərləri 18 Sen 2019 14:46:19 179 0

İsrail gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

Özümü ələ ala və proqramımı yaxşı icra edə bildiyim üçün məmnunam

Bakı. Cani Babayeva - Özümü ələ ala və proqramımı yaxşı icra edə bildiyim üçün məmnunam. Bunu Trend-ə İsrail gimnastı Yuliana Telegina bədii gimnastika üzrə dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib. Onun sözlərinə görə, azarkeşlərin dəstəyi çıxışına kömək edib. Gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb: “Burada məşqlər və uğurlu çıxış üçün lazım olan hər şey var. Mənim yarışlara hazırlıq üçün kifayət qədər vaxtım var idi, çünki mən çempionatın başlamasına dörd gün qalmış Bakıya gəlmişdim”.